Üzvlərin Məxfilik Siyasəti

Sonuncu dəfə yenilənib 01.01.2020:

Bu Üzvlərin Məxfilik Siyasəti, müstəqil bir Herbalife Üzvü olaraq, mənim öz müştərilərim, potensial müştərilərim, veb saytlarım və tətbiqlərimə daxil olan ziyarətçilər haqqında toplaya biləcəyim məlumat növlərini və bu məlumatları hansı məqsədlərlə istifadə edəcəyimi müəyyənləşdirir. Bu Siyasətə edilən hər hansı bir dəyişiklik bu saytda dərc ediləcəkdir. Qeyd edək ki, bu siyasət yalnız GoHerbalife.com və HerbalifeGO daxil olmaqla, dərc edildiyi müştərilərə yönəlmiş veb saytlara və tətbiqlərə, eləcə də şəxsi məlumatlarınızla əlaqəli mənim fəaliyyətlərimə tətbiq edilir. Bu məlumatlara mən nəzarət edirəm və veb sayt və/və ya tətbiqdə dərc edilən əlaqə məlumatlarını istifadə edərək mənə müraciət edə bilərsiniz.

Bu siyasət Herbalife International RS və onun filiallarının (birlikdə “Herbalife”) məlumatları toplaması və ya istifadə etməsinə tətbiq edilmir. Qeyd edək ki, Herbalife da müəyyən dərəcədə nəzarət edir və kukilər və digər izləmə texnologiyaları vasitəsilə əldə edilmiş cihazınız haqqında və veb saytdan istifadəniz haqqında toplanan məlumatlar daxil olmaqla, sizin haqqınızda məlumat toplayır. Bu məlumatlar bu veb saytın aşağısında yerləşdirilmiş Herbalife Məxfilik Siyasəti keçidindən əldə edə biləcəyiniz Herbalife Məxfilik Siyasətinə uyğun olaraq həyata keçirilir.

Bu veb sayt vasitəsilə mənim tərəfimdən hansı məlumatlar toplana bilər?

Adınız və ünvanınız kimi məlumatları birbaşa sizdən toplaya bilərəm; məsələn, Herbalife məhsulları haqqında məlumat tələb etmək üçün forma doldurduğunuz zaman və ya veb saytımdan alış-veriş etmək üçün məlumat təqdim etdiyiniz zaman bu məlumatlar toplana bilər.

Bu məlumatlar hansı qanuni iş məqsədi ilə toplanır?

Bu veb sayt vasitəsilə müxtəlif səbəblərdən şəxsi məlumatları toplayıram:

• Sizinlə aramızda bağlanacaq müqaviləni hazırlamaq və yerinə yetirmək, o cümlədən aşağıdakı məqsədlər üçün:

o məhsul sifarişlərinizi işləmək

o məhsulları çatdırmaq və ya çatdırılmasını təşkil etmək

o sizə məsləhət vermək və əlavə xidmətlər göstərmək

o məhsulun qaytarılması və ya zəmanət tələblərini həll etmək

o ödəniş məqsədləri üçün

• Aşağıdakılar kimi hüquqi öhdəliklərimi yerinə yetirmək üçün:

o mühasibat və vergi məqsədləri üçün;

o məhsul geri çağırış əməliyyatlarını icra etmək; və

o səlahiyyətli dövlət qurumları və məhkəmə orqanlarının məlumat tələblərinə cavab vermək.

• Aşağıdakılar kimi qanuni biznes məqsədləri üçün:

o Herbalife satış və marketinq planı üzrə öhdəliklər daxil olmaqla, Herbalife ilə bağlı öhdəliklərimi yerinə yetirməyimə imkan yaratmaq

o sorğularınızı həll etmək

o sizə göstərdiyim xidmətləri yaxşılaşdırmaq və xidmətlərimin bütövlüyünü və təhlükəsizliyini qorumaq

o keyfiyyət yoxlamaları keçirmək

o Herbalife’ın Müstəqil Üzv Davranış Qaydalarını və mənim və ya Herbalife’ın hüquqlarını həyata keçirmək

o sahib ola biləcəyim qanuni hüquqların müdafiəsini təşkil etmək

o Herbalife məhsulları, mənim göstərdiyim xidmətlər və xüsusi təkliflərim haqqında sizə məlumat vermək və reklam təmin etmək

• Razılığınız əsasında:

o Herbalife® məhsullarına dair tövsiyələr vermək, irəliləyişi izləmək və sizə uyğun məsləhət vermək üçün lazım olan sağlamlıqla əlaqəli məlumatları toplamaq

o Herbalife® məhsulları və xidmətləri və əlaqəli məhsul və xidmətlərin marketinqi ilə əlaqəli olaraq e-poçt ünvanınız və ya telefon nömrənizin istifadəsi üçün

Veb saytımda və/və ya tətbiqdə göstərilən əlaqə məlumatlarımı istifadə edərək birbaşa mənə bildirməklə və ya marketinq məlumatlandırması halında, məlumatlarda təqdim edə biləcəyim hər hansı bir imtina təlimatına əməl edərək razılığınızı istənilən vaxt ləğv edə bilərsiniz.

Bu məlumatı nə qədər saxlayacağam?

Məlumatlarınızı yalnız toplandığı məqsədlər üçün tələb olunan müddətdə və ya qanunun tələb etdiyi müddətdə (hansı daha uzun olarsa) saxlayıram. Dəqiq müddət məlumatın hansı məqsədlə istifadə olunduğundan asılıdır.

Şəxsi məlumatlarınızı kimlərlə paylaşıram?

Müvafiq şəxsi məlumatlar aşağıdakılarla paylaşılacaq:

• məhsul sifarişinin yerinə yetirilməsi, işin və veb saytlarının idarə edilməsi, keyfiyyət yoxlamaları, müvafiq qanunlara uyğunluq və satış və marketinq planının idarə edilməsi üçün Herbalife ilə

• Mühasiblər və vergi məsləhətçiləri kimi peşəkar məsləhətçilərim ilə

• Herbalife biznesimi idarə etməyimə kömək edən digər təchizatçılar, məsələn, e-poçt çatdırılma xidmətləri ilə

• Logistika xidməti təminatçıları ilə

• Herbalife satış və marketinq planı əsasında digər Herbalife Üzvləri ilə

• qanunla tələb olunan hallarda və ya səlahiyyətli üçüncü tərəf auditorlara və ya dövlət orqanlarına açıqlama daxil olmaqla məhkəmə çağırışı, məhkəmə prosesi və ya oxşar hüquqi və ya məhkəmə prosesi və ya arbitraja riayət etmək və ya saxtakarlığı araşdırmaq və ya qarşısını almaq məqsədilə digər tərəflər ilə.

Herbalife, ona verdiyim məlumatları öz məxfilik siyasətinə uyğun olaraq istifadə edəcəkdir. Daha çox məlumat üçün veb saytımın alt hissəsində yerləşən Herbalife məxfilik siyasəti keçidini ziyarət edin.

Bu şəxsi məlumatlarla bağlı hüquqlarınız nələrdir?

• Avropa sakinisinizsə, şəxsi məlumatlarınızla əlaqədar müxtəlif hüquqlarınız var. Bunlara məlumatlarınıza giriş, yeniləmək məqsədi ilə lazımi düzəlişləri etmək, müəyyən emal növlərini məhdudlaşdırmaq, müəyyən emal növlərinə etiraz etmək (birbaşa marketinq kimi) hüququ və məlumatların daşınması hüququ (əgər məlumatlarınızın başqa bir tərəfə göndərilməsini arzu edirsinizsə) daxildir. Şəxsi məlumatlarınızın müəyyən hallarda (müvafiq qanunlara uyğun olaraq) silinməsini tələb etmək hüququnuz da var.

• E-poçt və ya SMS ilə reklam almaq istəmirsinizsə, bu cür məlumatlandırmadan imtina edə bilərsiniz.

• Əgər siz Avropa İqtisadi Zonasının sakinisinizsə və şəxsi məlumatlarınızın mənim tərəfimdən toplanması və istifadəsi ilə bağlı narahatlığınız varsa və sizi razı salacaq həll yolu yoxdursa, yurisdiksiyanızdakı səlahiyyətli Nəzarət Orqanına şikayət etmək hüququnuz var.

Bu siyasət və mənim həyata keçirdiyim fəaliyyətlər haqqında əlavə suallarınız varsa və ya şəxsi məlumatlarınızı istifadə etməyim barədə şikayətiniz varsa, xahiş edirəm bu veb saytdakı əlaqə məlumatlarımdan istifadə edərək mənimlə əlaqə saxlayın.

Məlumatları necə ötürəcəyəm?

Şəxsi məlumatlarınızı istənilən vaxt ləğv edə biləcəyiniz xüsusi, məlumat əldə edərək və təsdiq edərək verdiyiniz razılığınız əsasında olan hallar istisna olmaqla, Avropa xaricinə ötürməyəcəyəm.

Bu siyasət yeniləndiyi halda necə xəbər tutacaqsınız?

Məxfilik qanunları, təlimatlar və presedent hüququ davamlı olaraq dəyişir. Buna görə bu siyasətə vaxtaşırı dəyişiklik edilə bilər. Bu siyasətin son versiyasından xəbərdar olmaq üçün veb saytımı vaxtaşırı ziyarət etməyinizi tövsiyə edirəm.

Mənimlə necə əlaqə saxlaya bilərsiniz?

Veb saytımda və/və ya tətbiqdə göstərilən əlaqə məlumatlarını istifadə edərək mənimlə əlaqə qura bilərsiniz.